- Şeirdə hansı mənəvi-əxlaqi dəyərlərə önəm verildiyini aydınlaşdırın.
- Kiçik qruplarda birləşərək qənaətlərinizi bölüşün, izahına ehtiyac duyduğunuz
misra və beytlərlə bağlı yaranan çətinlikləri müəllimlə müzakirə edin.
- Təqdimatlar etməklə yerinə yetirdiyiniz bütün işlərlə bağlı fikir mübadiləsi və
müzakirə aparın.
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?
Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı?
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?
“Şeir məndə hansı təəssürat yaratdı” mövzusunda şifahi təqdimata hazırlaşın.
|Kiçik qruplar yaradaraq tapşırığı yerinə yetirin
- Mətnkənarı sualları qrupların arasında bölün (qrupların sayı çox olarsa, bir sualın
üzərində iki qrup işləyə bilər.
- Suallara yığcam cavab yazın. Qəzəlin məzmunu ilə bağlı öyrəndiklərinizdən
bəhrələnin. Cədvəldən istifadə edin.
Mətnkənarı suallar |
Onlara hazırlanan cavablar |
|
|
- İşin icrasına ayrılan vaxt başa çatdıqdan sonra sualların dərslikdəki cavabalarını
oxuyun və yazdıqlarınızla müqayisə edin.
- Gəldiyiniz nəticələri və əlavə olaraq nələri öyrənməyin vacib olduğunu təqdimatlar
əsasında müzakirə edin.
- Şeirin ilk üç beytinin ifadəli oxusuna hazırlaşın. İfaçılıq vəzifəsini müzakirə əsasında
müəyyənləşdirin.
Qəzəl hansı mövzuda yazılıb?
Əsərdə təsvir edilən məhəbbəti
necə izah etmək doğru olar?
Qəzəlin məzmunu ilə ətraflı tanışlıq onun
mövzusunu müəyyənləşdirməyə imkan verir.
Lakin onda təsvir olunmuş məhəbbətin izahı
ciddi düşüncə, araşdırma tələb edir.
Şeiri oxuduqca saf, dərin məhəbbətlə sevən
və sevgisi yolunda sonsuz əzab-əziyyətə qatlaşan real aşiq obrazı göz önündə
canlanır. Lakin əsərdə ilahi məhəbbətin sədaları da güclüdür.
Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı?