diqqət yetirmiş, qüsursuz olduğunu bədii dilin imkanlarından məharətlə istifadə
edərək diqqətə çatdırmışdır.
Gül yüzi qızarmış infialdan,
Bənövşə yerə baxır məlaldan.
Nərgislər önündə cam dutmuş,
Bülbüllər oxur, nizam dutmuş.
Poemadakı bağban obrazı xeyirxahlığı ilə diqqəti cəlb edir, oxucunu düşündürür
və yadda qalır.
Rəmzi obrazlar: Səba, Huş, Ah və Göz yaşı elçi – qasid vəzifəsini yerinə yetirirlər.
Aşiqə yardımçı olmaları, xeyirxah əməlləri onları birləşdirsə də, fərqli
xüsusiyyətləri də vardır. Mənbələrin öyrənilməsi bütün bunların ətraflı aydınlaşdırılmasına,
əhatəli müqayisələrin aparılmasına əhəmiyyətli təsir göstərəcəkdir.
- Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında
zənginləşdirin və tamamlayın.
Məlumatın əldə edildiyi mənbə |
Məlumatın məzmunu və aid olduğu mətnkənarı sual |
|
|
- Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə etməyə çalışın:
a) Poema hansı xüsusiyyətlərinə görə ədəbiyyatımızda dəyərli sənət nümunəsi sayılır?
b) Əsərdə sənətkar saf sevgi ilə bağlı hansı fikirlərini çatdırmışdır?
- Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1. Ədəbiyyat (X sinif şagirdləri üçün elektron vəsait): edebiyyat.ucoz.com.
2. Ş.İ.Xətayi. Əsərləri. Bakı: “Şərq-Qərb”, 2005, səh. 22-25.
IV dərs • Təhlil üzrə iş
| Aşağıdakı qaydalara əməl etməklə mətni oxuyun
- Bir nəfər ilk mətnkənarı sualın cavabını – dərslikdəki mətni ucadan oxuyur.
- Mətndəki fikirləri ümumiləşdirərək bir neçə cümlə ilə ifadə edir.
- Sonra şagirdlərə mətnlə bağlı suallar verir.
- Suallar əsasında aparılan müzakirədə izahına ehtiyac duyulan məsələlərə aydınlıq
gətirilir.
- Sonda mətnə hansı məzmunda əlavələrin edilməsinin vacib olması barədə nəticə
çıxarılır və bəndlərlə yazılır.
- Digər mətnkənarı sualla bağlı cavabların – mətnin oxusu da bu qayda ilə həyata
keçirilir.
İşin yekunlaşdırılması və nəticənin çıxarılması üzrə təqdimatlar dinlənilir və
müzakirə edilir.
Poemanın bədii dəyərini artıran
vasitələr hansılardır?
Çağdaş oxucu poemadakı bir çox məqamları
tam aydınlığı ilə başa düşməkdə çətinlik çəkir.
Yarandığı dövrdə ən anlaşıqlı əsər kimi dəyərləndirilən
“Dəhnamə”nin bu gün belə təsir bağışlaması
təbiidir. Unudulmamalıdır ki, onun yazılmasından bizi beş yüz ildən
də artıq bir müddət ayırır. Poemadakı bir çox sözlərin indi işlənməməsi –
arxaikləşməsi, təriqət rəmzlərinə, anlayışlarına əsərdə xeyli yer verilməsi, o
dövrün poetik düşüncəsinin özünəməxsusluğu və s. çağdaş oxucuya müəyyən
çətinliklər yaradır. Bütün bunlara baxmayaraq, əsərin bədii gözəlliyini, dilinin
şirinliyini, müəllifin incə zövqünü hər bir oxucu duya bilir. Alınma sözlər milli