Xətayi bu ən irihəcmli poemasını tamamlayanda 19 yaşı var idi. Lakin “Dəhnamə” (on məktub deməkdir) maraqlı məzmunu və yüksək bədii keyfiyyəti ilə bu mövzuda yazılan digər əsərlərdən xeyli fərqlənir. Elə ilk səhifələrdən onun hansı mövzuda yazıldığını müəyyənləşdirmək mümkündür. Mənbələr üzrə araşdırma əsərin mövzusunu dəqiq müəyyənləşdirməyə, müəllifin bu mövzuya müraciət etməsinin səbəblərini aydınlaşdırmağa və bütün bunlara əsaslandırılmış münasibət bildirməyə imkan verəcəkdir.
Xətayinin şeirlərində sufi, eləcə də hürufi görüşlərinin əks olunduğu məlumdur. Bu, onun lirikasında fərqli eşqin, məhəbbətin ifadəsinə rəvac vermişdir. “Dəhnamə”də də tərənnüm olunan eşqi birmənalı qiymətləndirmək mümkün deyildir. Öncə xatırlanmalıdır ki, əsərdə təsvir olunan sevgili – Məşuqə pəridir. Lakin şair onu əsər boyu adi insan kimi təqdim edir. Oxucu isə onu mifik obraz kimi yox, gerçək insan kimi qavrayır. Ona xidmət edənlərin əksəriyyəti pəri, qılman və hurilərdir. Bu, təsvir olunan eşqə əsatiri rəng qatır. Əsərdəki bir sıra təsvirlərdə eşqə fərqli baxımdan yanaşıldığını təsdiq edir. Bu, bütövlükdə maraqlı araşdırma obyektidir.
Poemada insan obrazları ilə yanaşı, rəmzi obrazlar da: Səba, Huş, Ah, Göz yaşı yaradılmışdır. İnsan obrazlarından diqqəti daha çox çəkən Aşiqdir. Əsərin qəhrəmanının – gənc oğlanın nə qədər ki eşq haqqında təsəvvürü yoxdur, o, rahat, sakit ömür sürür və gündəlik işi ilə məşğul olur. Yuxuda gördüyü qıza aşiq olduqdan sonra bu gəncin həyatı birdən-birə büsbütün dəyişir. İndi o, eşqin əzab-əziyyətindən şikayətlənir, gecə və gündüz ah-nalə edir:
Poemada Aşiqin mənəvi aləminin, hiss və düşüncələrinin təsvirinə geniş yer verilmişdir. Oxunmuş parçaların bir daha diqqətlə nəzərdən keçirilməsi, mənbələrdəki fikirlərin öyrənilib müqayisə edilməsi Aşiq obrazının ətraflı səciyyələndirilməsinə imkan yaradır.
Əsəri mütaliə etdikcə Məşuqə obrazının xarakteri, başqalarına münasibəti barədə aydın təsəvvür yaranır. Şair onun zahiri gözəlliyinin təsvirinə daha çox