DƏHNAMƏ
(ixtisarla)
I dərs • Məzmun üzrə iş
| Oxuya hazırlaşın
Sualın üzərində düşünün, cavablarınızı cədvəldə qeyd etdikdən sonra fikir mübadiləsi
və müzakirə aparın.
- Qarşılaşdığı bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, öz sevgisinə sadiq qalan
hansı ədəbi qəhrəmanları tanıyırsınız?
Ədəbi qəhrəmanların adı |
Onlarda dəyərləndirdiyim cəhətlər |
|
|
Aşağıdakı tapşırıqları fərdi olaraq yerinə yetirin:
1. Əsərdən verilmiş hissəni oxuyun.
2. Mənasını aydınlaşdırdığınız sözlərin alınma, yaxud dilimizə aid olduğunu
əsaslandırın.
Tanış olmayan sözlər |
Mənası |
Öz sözümüzdür |
Alınma sözdür |
|
|
|
|
3. Daha maraqlı hesab etdiyiniz məcazları seçin, onların növünü müəyyənləşdirin.
Əsərdən seçilmiş məcazlar |
Onların növü |
|
|
4. Oxuduğunuz hissədə diqqətinizi daha çox cəlb edən məsələləri ikihissəli
gündəlikdə yazın.
Əsərdə diqqətimi cəlb edənlər |
Bunun səbəbi |
|
|
5. Suallara cavab hazırlayın:
– Baharın gəlişi ilə təbiətdə, quşlar aləmində hansı dəyişikliklər baş verir?
– Gənc oğlanın sevənlərə münasibəti necədir?
– Bu gəncin aşiq olmasına səbəb nə olur?
– Aşiq sevdiyi qızı necə təsvir edir?
– Birinci məktubu aparan Səbanı Məşuqə və onun yaşadığı məkan nə üçün təəccübləndirir?
– Məktubda nə yazılmışdı, onun məzmununu Bağban Məşuqəyə necə danışır?
– Məşuqə Səbanı necə qarşılayır, onu hansı sözlərlə yola salır?
– İkinci məktubu aparan Səba Məşuqənin onunla rəftarı barədə Aşiqə nəyi çatdırır?
- Kiçik qruplarda birləşərək fikirlərinizi dəqiqləşdirin və ümumiləşdirin.
Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
Bahariyyə
Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü,
Eşq оdu yenə bu canə düşdü.
Yer geydi qəbayi-xizrpuşan,
Cümlə dilə gəldi ləbxamuşan.
|
Sərvin yenə dutdu damənin su,
Su üstə оxudu faxtə gu-gu.
Qönçə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.
Bülbül оxudu sifati-hicran,
Dəryadə dür оldu əbri-neysan…
|
Aşiqin əhvalı
Aləm qamusu bu dəmdə xоşhal,
Mən öz işimdə fariğül-bal.
Gəh yerir idim çü ahu dağda
Gəh axar idim çü cuy bağda.
Gəh könlüm ilən çəməndə xürrəm,
Gəh həmdəm ilən gəzəndə biğəm.
Məşuq ilə eşqi tanımazdım,
|
Heç kimə könül verim deməzdim.
Öz pişəmə, öz işimə qane,
Heç kim yоx idi kim, оla mane.
Kim desə mənə ki, aşiq оldum,
Rüsvayi-dili-xəlayiq оldum,
– Əbləh, – deyübən gülərdim ana,
Hər tənə ki var, qılardım ana…
|