Bu qəbildən şeirlərdə lirik qəhrəman son dərəcə səmimidir, sevgilisinin cövr-cəfasını lütf etdiyi ehsan kimi qəbul edir:
Xətayinin təbiətə həsr olunmuş şeirləri orijinallığı ilə seçilir, müəllifin incə zövq sahibi olduğunu təsdiq edir. Belə şeirlərdə daha çox baharın gəlişi öz əksini tapır. İlk yaz günlərində təbiətdə baş verən canlanma, bahar yağışının cahana bəxş etdiyi təzəlik və təravət, insanda sevinc və fərəh hissinin baş qaldırması bu əsərlərdə elə ustalıqla təsvir edilir ki, oxucu hədsiz zövq alır, təəssüratını bölüşmək istəyir:
Şairin irihəcmli “Nəsihətnamə” məsnəvisində sufi-qızılbaş ideyalarının təbliğinə geniş yer verilmişdir. Sufi görüşlərindən çıxış edən şairə görə, kainatda olanların hamısını Allah yaratmış və bunlar ona məxsusdur. Bütün varlıqlar ondan qopub ayrılan zərrələrdir. Bu zərrələr Allaha o halda qovuşa bilər ki, ən yüksək ali məqama– eşqə çatmış olsun.
Əsərdə dünyagörmüş, zəngin həyat təcrübəsi olan el ağsaqqalının, humanist bir hökmdarın müdrik nəsihətləri eşidilir. İnsanlara, xüsusən gənclərə Allahı sevməyi, yaşlılara hörmət etməyi, könül yıxmamağı, xalqına sədaqətli olmağı tövsiyə edir.
Şifahi xalq ədəbiyyatından gen-bol bəhrələnən Xətayinin yaradıcılığı anadilli ədəbiyyatımızın inkişafına əhəmiyyətli təsir göstərmişdir.