Qəzəldə obrazlılığı, bədiiliyi təmin edən vasitələr çoxdur. Səslərin, xüsusən samitlərin təkrarı (alliterasiya), bol-bol işlənmiş təkrir, təzad, eləcə də digər təsvir və ifadə vasitələri şeirin bədii keyfiyyətinin artmasına əhəmiyyətli təsir etmişdir.
Sözlərin məharətlə seçilməsi, misra daxilində bir-biri ilə əlaqələndirilməsi və yerində işlədilməsi, uğurlu qafiyələr... sənətkar ustalığından və zəhmətindən xəbər verir. Qəzəlin üzərində müşahidələrin dərinləşdirilməsi, şairin bədii sənətkarlığı ilə bağlı mənbələrdən öyrənilənlər bu deyilənlərin əsaslandırılmasına imkan yaradır. Unudulmamalıdır ki, bədii vasitələr bütövlükdə əsərdə güclü ahəngin yaranmasına səbəb olmuşdur. Məhz bu ahəng şeirin əzəmətli, çağırış ruhunda səslənməsini təmin edir. Belə səslənmə isə qəzəlin ideya məzmununa tam uyğundur.
Qəzəl əruz vəzninin rəcəz bəhrindədir. Təmtəraqlı ahəngi ilə fərqlənən bu bəhrin seçilməsi təsadüfi deyildir, o, qəzəlin ideya-məzmununa uyğundur. Bunu aşağıdakı nümunənin oxusunda asanlıqla müşahidə etmək mümkündür.
müftə ilün | məfA ilün | müftə ilün | məfA ilün |
Məndə sığar Gövhəri-la | iki cahan, məkan mənəm, | mən bu caha kövnü məka | nə sığmazam, nə sığmazam. |
Məlumatın əldə edildiyi mənbə | Məlumatın məzmunu və aid olduğu mətnkənarı sual |
Əsərdə işlənmiş məcazlar | Obrazlılığın, bədiiliyin artmasında onların rolunu təsdiq edən nümunələr |