Nəsiminin dünyəvi əsərlərinin bir qismini ictimai-fəlsəfi məzmunlu şeirlər təşkil edir. Bu da məlumdur ki, şairin müxtəlif mövzularda yazdığı bütün əsərlərində fəlsəfi fikirlər önəmli yer tutur. Onun ictimai-fəlsəfi şeirlərində əhatə edilən məsələlər isə çoxdur; dünyanın dərk edilməsi ilə bağlı düşüncələr, dünyanın faniliyi və onun vəfasızlığından şikayət, rəzilliyi özünə peşə edənlərdən narazılıq və s.
Şairin bədii irsində təbiətə həsr edilmiş şeirlər sayca az olsa da, onlar ideya-bədii keyfiyyətinə görə ədəbiyyatımızda ən yaxşı əsərlərdən sayılır.
Nəsiminin poeziyası öz yüksək bədii sənətkarlıq xüsusiyyətləri ilə seçilir. Şairin humanizmi, insana məhəbbəti yalnız əsərlərinin yüksək ideyalılığında, məna və mahiyyətində deyil, həm də dil və üslubunda, forma əlvanlığında özünü biruzə verir. Onun şeirlərindəki musiqililik, oynaqlıq, axıcılıq, ritmika, epitet, bənzətmə, metafor, təzad və s. bədii təsvir və ifadə vasitələri ədəbiyyatımıza yeni poetik keyfiyyətlər gətirmişdir.
№ | Əsərlərin adı | Aid olduqları mövzular |