Döyüş səhnələrinin ustalıqla canlandırılması, qəhrəmanların hiss, düşüncə
aləminin kiçik, lakin dolğun ştrixlərlə açıqlanması dastanın – boyun bədii
gözəlliyi üçün səciyyəvi cəhətlərdəndir.
Bütün bu deyilənləri araşdırma və boydan seçilmiş nümunələr əsasında
zənginləşdirmək mümkündür.
Boyda başlıca fikir – ideya
nədir?
İdeyaca çoxcəhətli, zəngin olan boyda diqqəti
daha çox cəlb edən oğuz türklərinin yüksək mənəvi-
əxlaqi dəyərlərə sahib olmaları və bu dəyərləri
ləyaqətlə yaşatmalarıdır. Mənbələr üzrə aparılan araşdırma ideyanının
əsasında dayanan fikirlərin əhatəli aydınlaşdırılmasına imkan verəcəkdir.
- Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında
zənginləşdirin və tamamlayın.
Məlumatın əldə edildiyi mənbə |
Məlumatın mzmunu və aid olduğu mətnkənarı
sual
|
|
|
2. Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə etməyə
çalışın:
- Dastanda – boyda dövrün hansı mühüm ictimai və siyasi münasibətləri əksini
tapmışdır?
- Dastandakı – boydakı obrazlar hansı mənəvi-əxlaqi dəyərlərə önəm verirlər?
3. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1. Dədə Qorqud dünyası. Məqalələr. Bakı: “Öndər” nəşriyyat, 2004, s. 25, 48-49, 73-74.
2. Ədəbiyyat (X sinif şagirdləri üçün elektron vəsait): edebiyyat.ucoz.com.
IV dərs • Tətbiq • Müzakirə • Yaradıcı iş
- Mövzulardan birini seçib işləyin:
a) “Oğuzların düşmənə qalib gəlməsinin səbəbini nədə görürəm” mövzusunda inşa yazın.
b) “Oğuz igidləri və xanımları barədə düşüncələrim” mövzusunda esse yazın.
- Təqdimatlar etməklə yazılardan nümunələri müzakirə edin.
Mətni oxuyun. Dastan janrı barədə deyilənləri sizə tanış olan poema ilə müqayisə
əsasında zənginləşdirin.
Dastan janr baxımından poemadan
hansı cəhətlərinə görə
fərqlənir?
Dastan şifahi xalq ədəbiyyatının həcmcə ən
böyük janrıdır. Bu janrda olan əsərlərdə həyat
hadisələrinin geniş təsviri verilir. Eləcə də
ədəbi qəhrəmanların həyatının böyük bir dövrü
əhatə olunur. Dastan janrını yazılı ədəbiyyatın
poema janrı ilə müqayisə etmək mümkündür. Bu müqayisənin uğurlu
aparılması, əslində, hər iki janrın xüsusiyyətlərinin ətraflı və dərindən başa düşülməsinə
şərait yaradır.
1. Sinifdə icra etdiyiniz yazı işlərini təkmilləşdirib təqdimata hazırlaşın.
2. Dastan və poema janrlarının müqayisəsi üzrə işi davam etdirib təqdimata hazırlaşın.