Minbəd – bundan sonra
Minət – heç, qətiyyən
Miraxur – tövlə başçısı (baş mehtər, mehtərbaşı)
Mötad – adət edilmiş, vərdiş edilmiş
Murov – keçmiş zamanlarda kənd yerlərində polis vəzifəsini ifa edən hökumət
məmuru
Mübn – aydın, əyan, aşkar
Müəssər – təsirli, acınacaqlı
Mükərrər – çox, dəfələrlə
Müqim – sakin, yaşayan, yerləşən
Mül – şərab
Münkir – inkarçı
Mürəxxəs –azad
Müstəcme – toplayan, cəm edən
Müstədam – daimi, əbədi, həmişəlik
Müstövfi – maliyyə naziri
Mütəqəllib – saxta, qəlp, qeyri-səmimi
Müttəle – xəbərdar
Mütəvəcceh olmaq – rəğbət bəsləmək (qayğısını çəkmək, gözü üstündə olmaq)
Müzəkka – zəkalı, ağıllı
N
Nabəkar – yaramaz, alçaq
Nalan – nalə edən, ağlayan, inildəyən
Naleyi-zar – xəstə naləsi (fəqan, inləmə)
Naxun – dırnaq, caynaq
Nar – od, atəş
Natəvan – tabsız, zəif
Neyrəng – hiylə
Nəqşi-süvər – naxış və surətlər
Nəva – avaz, ahəng, nəğmə
Niknam – adı yaxşılığa çıxmış, yaxşı ad qoymuş
Nikuxah – başqasının yaxşılığına çalışan; xeyirxah
Nisbət etmək – əlaqələndirmək. Burada: tay tutmaq
Növi-cəmadət – cansız əşyalar
Ö
Övraq – vərəqlər; yarpaq
Övsaf – vəsflər
P
Pak – təmiz, saf
Payan – axır, son, nəhayət
Payi-bəstə – ayağıbağlı
Peyb – gözəl, qəşəng
Peyda olmaq – aşkar olmaq
Peydərpey – bir-birinin ardınca
Peyğam – xəbər, sifariş
Pənbeyi-qəflət – qəflət pambığı
Pəriru – pəri üzlü