İstiğfar qılmaq – üzr istəmək, bağışlanmağı xahiş etmək
İtab – məzəmmət
J
Jalə – səhər çiçəyin yarpağı üstündəki şeh, damcı
K
Kəlb – it
Kələssər etmək – burada: ağacların ucunu kəsmək (budamaq)
Kəmin(ə) – aciz, həqir
Kəpəz, Murov, Qonur, Qoşqar – dağ adları
Kəvakib – ulduzlar
Kəyan – İran şahlarına verilən ümumi ad
Kütah – qısa
Kövsər – cənnətdə bulaq
Q
Qafil – xəbərsiz
Qəbail – qəbilələr
Qəhr – qəzəb, hirs, hiddət
Qissə – burada: hadisə, əhvalat
Qırqə – qırıntı
Qılman – cənnətdə xidmət edən oğlan. Şair meyi kövsər, saqini isə qılman
hesab edir
Qori – imkan verin, qoyun. (“Ey Həbibim, iştə qori mədhim təkrar edəm...”)
Qüttaüttəriq – yolkəsən, quldur, qaçaq
L
Ləhni-Davud – Davudun gözəl, təsirli səsi
Ləl – qırmızı rəngli qiymətli daş
M
Mah – ay (klassik şeirdə gözəlin surətinə işarədir)
Məclisi-ürfan – dərk edənlər məclisi
Mədh – tərif
Mədhuş – heyran, valeh
Məqdur – mümkün olan
Mənhus – nəhs, pis
Məni – məna
Mərdin – “Dədə Qorqud” dastanında coğrafi ad
Mərkəb – minik heyvanı
Mərrix – Mars planeti
Mərufi-tamami-xasü-amız – bütün camaat içində tanınmışıq
Mərz – sərhəd
Məsqətür-rəsi – 1. Anadan olan yer, doğulduğu məkan; “Vətən, yurd”