- Kiçik qruplarda birləşərək hər məclisin məzmunu, tanış olmayan söz və məcazlarla bağlı
qənaətlərinizi bölüşün, aşağıdakı sualları da əhatə etməklə təqdimata hazırlaşın.
– Rüstəm bəy monoloqunda özünü necə təqdim edir?
– Onun haqqında ilk təəssüratınız nə oldu?
– Rüstəm bəyin nökərləri çağırmaqda məqsədi nə idi?
– Ağa-nökər münasibətində diqqətinizi çəkən nə oldu?
– Mahmud bəy atasının qisas almaq təklifinə necə münasibət bəsləyir?
– Səadət xanımla bağlı sizdə hansı təəssürat yarandı?
– O, atasının niyyətini biləndə hansı tədbirə əl atır?
– Fəxrəddin bəy gələcək fəaliyyəti, planları barədə nə deyir?
– Fəxrəddin bəy barədə ilk təəssüratınız nə oldu?
– Mələk xanım və Şahmar bəy Fəxrəddin bəyə nə təklif edirlər?
– Fəxrəddin bəyin qan davasına münasibəti necədir?
– Hürü nənənin gətirdiyi xəbər Fəxrəddin bəyə necə təsir edir?
– Fəxrəddin bəy onu əhatə edən mühit haqqında hansı fikirdədir?
•
4. Gəldiyiniz nəticələri təqdimatlar əsasında müzakirə edin.
- Unutmayın: Suallar əsərdəki məlumatların hansı səviyyədə öyrənildiyini, əsas
fikirlərin necə başa düşüldüyünü, hansı nəticələrin çıxarıldığını aydınlaşdırmağa
imkan yaratmalıdır.
ƏVVƏ L İNCİ MƏCLİ S
Vaqе olur Rüstəm bəyin otağında, Avropa qaydasında bəzənmiş, Rüstəm bəy
əyləşib səndəli üstə, tək.
R ü s t ə m b ə y (tək). İndiyə kimi tamam ömrümdə düşmən qabağından
qaçmamışam, həmişə və hər yеrdə düşmənə faiq gəlmişəm, bir Allahdan savayı,
hеç kimdən qorxmamışam... (Səktə) Mən haman Rüstəməm ki, topdağıtmaz
Cümşüd bəyin еvini xaraba qoydum... Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim
xanın yurdun xaraba qoydum, tar-mar еlədim, еvinə od vurdum, külün havaya
sovurdum... İndi mən bir ağzından süd iyi gələn cavandan qorxacağam?! (Durur
ayağa) Bir at görməmiş, tüfəng əlinə almamış, övrət sifətdə uşaqdan çəkinəcəyəm?
Mən, mən Rüstəmi-zəmanə? Hеç vaxt. (Təbəssümlə) Hmm...