Seyid Əzim Şirvani (1835 – 1888) |
HƏYATI, YARADICILIQ YOLU |
+ | - | ! | ? |
Bilirdim | Bildiklərimə ziddir | Mənim üçün yeni və maraqlı olan məlumatlar | Bu barədə daha çox bilmək istəyirəm |
Qədim Şamaxı şəhərində ruhani ailəsində dünyaya gələn Seyd Əzim atasını kiçik yaşlarında itirmiş, anasının himayəsində yaşamışdır. Dağıstanın Yaqsay kəndində hakimlik edən ana babası Molla Hüseyn onu yanına aparmış və təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Burada on bir il yaşayan, ərəb, fars dillərini öyrənən Seyid Əzim 1853-cü ildə anası ilə birlikdə doğma şəhərlərinə qayıtmışdır. O, ruhani olmaq arzusu ilə bir müddət burada oxumuş, daha mükəmməl təhsil almaq üçün İraqa getmişdir. Əvvəlcə Nəcəf və Bağdadda, sonra isə Suriyanın Şam şəhərində ali ruhani mədrəsəsində oxumuşdur. O, vətəninə qayıtdıqdan sonra ruhaniliklə məşğul olmamış, müəllimlik etmişdir. Onun 1869-cu ildə açdığı məktəbdə yeniliklər çox idi; ana dilini, fars dilini öyrədən gənc müəllim, həmçinin tarix, coğrafiya və digər fənlər barədə də müəyyən məlumatları şagirdlərə mənimsətməyə səy göstərirdi.