sayəsində qovuşmasından bəhs olunur. Məhəbbət dastanları ustadnamə ilə başlayıb duvaqqapma ilə tamamlanır. Bəzi məhəbbət dastanları faciə ilə bitir, sevgililər şər qüvvələrin yaratdığı maneələri aşa bilmir, bir- birinə qovuşmurlar. Belə dastanlarda duvaqqapma olmur.
Dramatik növün janrlarına xalq oyunları, xalq tamaşaları, şəbihlər daxildir. Onların hər birinə aid nümunələr dövrümüzə çatmışdır. Məsələn, “Xan oyunu” xalq oyunları növünə aid nümunə hesab edilir. Xalq tamaşalarına meydan tamaşaları da deyilir. “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” tamaşasında tənbəlliyin tənqidi, əməyə rəğbət hissinin oyadılması ön plana çəkilir. Şəbihlər dini tamaşalardır. Bu tamaşalar daha çox məhərrəmlik mərasimləri ilə bağlı olur.
Dramatik növün janrlarından olan oyunlar uşaq orqanizminin hərəkətə, fəaliyyətə olan ehtiyacından yaranmışdır. Lakin oyunlar uşaqlarda təqlidlə yanaşı, düzüb-qoşmaq, yaratmaq bacarığını da üzə çıxarır. O, sənətin bir neçə sahəsini: musiqini, rəqsi, şeiri, aktyorluğu özündə birləşdirir. Kollektiv şəkildə həyata keçirilən uşaq oyunları oturaq və hərəkətli olmaqla iki yerə bölünür. “Lal-dinməz”, “Əl üstə kimin əli”, “Uçdu, uçdu” və s. oturaq oyunlara aiddir.
Hərəkətli (mütəhərrik) oyunlarda uşaqların fiziki hərəkətləri əsas yer tutur. Bu oyunlarda əşyalardan istifadə edilir. “Dəsmalı ver”, “Xən- dəyədüşmə”, “Dəyirman” və s. bu qəbildəndir.
Məlumatın əldə edildiyi mənbə | Məlumatın məzmunu və aid olduğu mətnkənarı sua |