Mətnkənarı suallar | Onlara hazırlanan cavablar |
Aşıq Ələsgərin “Dağlar” rədifli iki qoşması var. Onların birində nikbin ovqat güclüdür, aparıcıdır; bahar fəslində dağların aldığı füsunkar mənzərə yüksək bədiiliklə, təsirli dillə əks etdirilmişdir. Güllü-çiçəkli, saf havalı dağlarda ellərin qurduğu büsat, sazsöz məclisləri, çeşmə başında gözəllər yığnağı sənətkarın ilhamını coşdurur, vətəninə, xalqına heyranlıq hisslərini ifadə etməyə sövq edir.
İyirminci yüzilliyin əvvəllərində əzəli düşmənimiz olan bədnam qonşular – ermənilər aşığın yaşadığı mahalda qırğın törətmiş, insanlar öz yurdlarını tərk etməyə məcbur olmuşlar. Doğma yurdundan uzaq düşən Aşıq Ələsgər yalnız iki ildən sonra Ağkilsəyə qayıda bilmişdir. Yurdunu, dağları pərişan görən və bu görüşdən sarsılan aşıq kədərli ovqatda ikinci “Dağlar”ı yaratmışdır. Erməni daşnaklarının hücumları ucbatından el yaylaqlara qalxa bilmir, türfə gözəllər seyrangahlara çıxmır, buxaqlara dağ çiçəkləri sancılmır. Aşığın doğma yurda, onun təbiətinə münasibətini qabarıq əks etdirən bu şeirdə vətənin dar günündə dağların aldığı qəmli mənzərə əhatəli təsvir edilir. Vətən dağları insansız sanki yetim qalıb, əli qılınclı igidlər nərə çəkib at çapmır, sazlı-sözlü məclislər qurulmur...
Vaxtilə yurdun Sarınər, Qısır Murğuz, Şahdağı, Kəpəz, Qoşqar kimi əzəmətli dağlarından ilham alan sənətkarın kədəri ictimai mahiyyət daşıyır. O, qaçqın düşdüyü, elsiz yaşadığı üçün özünü məzəmmət edir, dərin kədər içində: “Ölsün Ələsgərtək qulların, dağlar”, – deyir. Aşığın fikrincə, vətənin ucalığının, əzəmətinin, gözəlliyinin rəmzi olan dağların bu vəziyyəti elin igid, qeyrətli övladları üçün