lərin sərrast seçimi, qafiyə əlvanlığı, məzmuna uyğun epitet, təşbeh, metafor,
mübaliğə, təkrir, təzad və s. istifadə məharəti ilə diqqəti həmişə cəlb
etmişdir. Saz havalarına uyğun yaradıldığı üçün onun şeirləri ahəngdar və
axıcıdır.
Aşığın ictimai motivli şeirləri üçün həyat həqiqətlərinə sadiqlik,
cəmiyyətdəki bəlaların doğru-dürüst təsviri, məzmun dolğunluğu, kəskin
tənqidi ruh daha səciyyəvidir.
Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutan Aşıq Ələsgərin zəngin
poetik irsi ölkəmizin bir çox aşıqları üçün əsl sənətkarlıq məktəbi olmuşdur.
Araşdırma istedadlı el sənətkarının ömür yolu, çoxcəhətli yaradıcılığı, sənətkarlığı
barədə əhatəli məlumatın əldə olunmasına və qiymətləndirilməsinə imkan
verir.
- Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında
zənginləşdirin və tamamlayın.
- Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə etməyə çalışın:
- Aşıq sənətinin və şeirinin zənginləşməsində Aşıq Ələsgərin hansı xidmətləri
olmuşdur?
- Aşıq Ələsgərin və Molla Pənah Vaqifin qoşmaları hansı cəhətlərinə görə müqayisə
oluna bilər?
- Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1. Aşıq Ələsgər. Əsərləri. Bakı: “Şərq-Qərb”, 2004, səh. 5-8, 14-18.
2. Azərbaycan aşıq şeirindən seçmələr. 2 cilddə. I cild, Bakı: “Şərq-Qərb”, 2005, səh. 5, 11, 12.
3. Ədəbiyyat (X sinif şagirdləri üçün elektron vəsait): edebiyyat.ucoz.com.
DAĞLAR
I dərs • Məzmun üzrə iş
Sualın üzərində düşünün, cavabını qısaca qeyd etdikdən sonra fikir mübadiləsi və və
müzakirə aparın. Cədvəldən istifadə edin.
– Aşıq Ələsgərin təbiət mövzusunda lirik şeirlər yazmasına səbəb, sizcə, nədir?
Aşıq Ələsgərin təbiət mövzusunda lirik
şeirlər yazmasına səbəb, sizcə nədir?
|
Sualın qısa cavabı |
|
|
Aşağıdakı qaydalara əməl etməklə şeirin məzmunu üzərində işləyin.
1. Əsəri fərdi olaraq səssiz oxuyun.
2. İzahına ehtiyac duyduğunuz misra və beytləri cədvəldə qeyd edin.
İzahına ehtiyac duyduğum misra və bəndlər |
Onların izahı |
|
|
3. Tanış olmayan sözlərin mənasını aydınlaşdırıb cədvəldə qeydlər edin.