Bu ulduzların axmaqlığına mən təəccüb edirəm ki, necə bilmədilər İran əhli onları aldadırlar. Belə sadəlik olurmu ki, ulduzlar özlərini İran əhlinə aldatdırıb, biçarə və təqsirsiz Yusif Sərracı bədbəxt etdilər. Şah Abbası kənar qoyub, qırx il sərasər onun cəlladlığına, zülmkarlığına etinasız baxdılar.
Şah Abbasın zülmkarlığının alçaq əlaməti bu idi ki, bir oğlunu öldürdü, ikisinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi, nəvəsi ona varis oldu. Amma ulduzları da qınamaq olmaz. Ulduzların heç vaxt xəyalından keçməzdi ki, İran əhli onları aldadacaqdır. Həqiqi padşahın əvəzinə, süni bir padşahı onların sədəməsinin altına salacaqdır.
Vallah, bu ingilis tayfası qəribə axmaqdır; belə xətərli millət ilə az qalmışdı cəng başlayalar.
Əsərin mövzusu | Nə üçün belə düşünürəm? |
Povestdə önəm verilmiş sosial-siyasi, mənəvi dəyərlər | Bunun səbəbi |
Bədii təsvir və ifadə vasitəsinin növ |
Mətndən nümunələr |
Fikrin təsir gücünün artmasında rolu |
Əsərin ideyası | Nə üçün belə düşünürəm? |