ALDANMIŞ KƏVAKİB
( i x t i s a r l a ; s adə l ə ş d i r i lmi ş )
I dərs • Məzmun üzrə iş
| Oxuya hazırlaşın
Sualın üzərində düşünün, cavabınızı cədvəldə qeyd etdikdən sonra fikir mübadiləsi
və müzakirə aparın.
- Vətənpərvər, ədalətli, yaşadığı cəmiyyətdə haqsızlığa, nadanlığa, cəhalətə qarşı çıxan,
vətəninin, xalqının mənafeyini hər şeydən üstün tutan hansı ədəbi qəhrəmanları
tanıyırsınız?
Tanıdığım ədəbi qəhrəmanlar |
Onlarda dəyərləndirdiyim cəhətlər |
|
|
- Müstəqil oxuduğunuz povestdən aşağıdakı parçanı nəzərdən keçirin, tapşırıqları
fərdi olaraq yerinə yetirin:
- Mənasını aydınlaşdırdığınız sözlərin alınma, yaxud dilimizə aid olduğunu
əsaslandırın.
Tanış olmayan sözlər |
Mənası |
Öz sözümüzdür |
Alınma sözdür |
|
|
|
|
b) Seçdiyiniz məcazların növünü dəqiqləşdirin.
Əsərdən seçilmiş məcazlar |
Onların növü |
|
|
c) Oxuduğunuz hissədə diqqətinizi daha çox cəlb edən məsələləri ikihissəli gündəlikdə yazın.
Əsərdə diqqətimi cəlb edənlər |
Bunun səbəbi |
|
|
2. Suallara cavab hazırlayın:
- Münəccimbaşı Mirzə Sədrəddin Şah Abbasın yanına nə üçün gəlmişdi?
- Onun verdiyi xəbər Şah Abbasa necə təsir etdi?
- Vəzirlər şahın hüzurunda nə barədə danışdılar? Onların danışığında diqqətinizi
daha çox çəkən nə oldu?
- Şah münəccimbaşının öldürülməsi barədəki hökmünü nə üçün dəyişdi?
- Şahın bəladan qurtulması üçün Mövlana Cəmaləddin hansı tədbiri məsləhət
gördü?
3. Kiçik qruplarda birləşərək fikirlərinizi dəqiqləşdirin və ümumiləşdirin.
4. Gəldiyiniz nəticələr üzrə təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
Baharın əvvəli idi, Novruzdan üç gün keçmişdi. Şah Abbas günortadan üç
saat keçmiş qəsrdə öz arvadı Səlma xatun ilə oturub söhbətə məşğul idi ki, xacəbaşı
xacə Mübarək içəri girib, baş əyərək ərz elədi ki:
– Münəccimbaşı Mirzə Sədrəddin qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq
istəyir, bir vacibi işdən ötrü.
Şah Səlma xatuna işarə etdi ki, hərəmxanaya getsin və xacəyə buyurdu ki:
– Mirzə Sədrəddini çağır gəlsin!
Münəccimbaşı şahın hüzuruna daxil olub baş əydikdən sonra əl-əl üstə qabaqda
durub, dua və səna etdi. Şah soruşdu ki:
– Mirzə, nə var?