şux qoşmalar yaratmışdır. Bütün bunlar onun şeirlərini bədii cəhətdən
qüvvətləndirdiyi kimi, məna dərinliyinə də səbəb olmuşdur.
Əsərlərində qoşa sözlərə ( “sallana-sallana”, “baxa-baxa”, “xumar-xumar”
və s.), daxili qafiyələrə geniş yer verən şair epitet, bənzətmə, təzad,
mübaliğə kimi təsvir və ifadə vasitələrinə tez-tez müraciət etmiş, yüksək
obrazlılığa, mükəmməl bədiiliyə nail olmuşdur.
Q.Zakir həm heca, həm də əruz vəznində yazdığı əsərlərdə yüksək
sənətkarlıq nümayiş etdirmiş, böyük uğur qazanmışdır.
Araşdırma şairin yaradıcılığı ilə bağlı özəlliyi, sənətkarlıq məharətini
əhatəli öyrənməyə və dəyərləndirməyə imkan verir.
- Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında
zənginləşdirin və tamamlayın.
- Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə etməyə çalışın:
- Q. Zakirin ictimai məzmunlu şeirlərində daha çox hansı problemlərə diqqət yetirilmişdir?
- Şairin lirikasındakı orijinallıq özünü nədə göstərir?
- Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1. Ədəbiyyat (X sinif şagirdləri üçün elektron vəsait): edebiyyat.ucoz.com.
2. XIX əsr Azərbaycan şeiri antologiyası. Bakı: “Şərq-Qərb”, 2005, səh.19-21.
3. Q. Zakir. Seçilmiş əsərləri. Bakı: “Avrasiya Press”, 2005, səh. 4-8, 10-11.
BADİ-SƏBA, MƏNİM DƏRDİ-DİLİMİ...
I dərs • Məzmun üzrə iş
| Oxuya hazırlaşın
Sualın üzərində düşünün, cavabını qısaca qeyd etdikdən sonra fikir mübadiləsi və və
müzakirə aparın. Cədvəldən istifadə edin.
- Q.Zakirin məhəbbət mövzusunda çoxlu lirik şeir yazmasının səbəbini necə izah
edərsiniz?
Şairin məhəbbətə həsr olunmuş lirik şeirlər yazmasına
səbəb, sizcə, nədir?
|
Sualın qısa cavabı |
|
|
Aşağıdakı qaydalara əməl etməklə şeirin məzmunu üzərində işləyin.
1) Əsəri fərdi olaraq səssiz oxuyun.
2) İzahına ehtiyac duyduğunuz misra və bəndləri cədvəldə qeyd edin.
İzahına ehtiyac duyduğum misra və bəndlər |
Onların izahı |
|
|
3) Tanış olmayan sözlərin mənasını aydınlaşdırıb cədvəldə qeydlər edin.
Tanış olmayan sözlər |
Mənası |
Öz sözümüzdü |
Alınma sözdür |
|
|
|
|