Mərasim nəğmələrinin bir növü olan ağılar insan ölümü, faciəsi ilə bağlı nəğmələrdir. Bu nəğmələrdə yaxın, doğma adamların ölümündən doğan dərin kədər, qəm hissləri ifadə olunur:
Məişət nəğmələri olan laylalar və oxşamalar folklorun geniş yayılmış janrlarıdır. Layla və oxşamalarda ananın körpəsinə məhəbbəti, övladının gələcəyi ilə bağlı ümid və arzuları əksini tapır:
Oxşamalar körpəsini əyləndirən, əzizləyib-oynadan ananın oxuduğu nəğmələrdir. Oxşamaya bəzən nazlama da deyilir. Oxşamalar ikilik və dördlük şəklində olur:
Qəhrəmanlıq nəğmələri xalqın igid oğullarını düşmənlə döyüşə, qəhrəmanlığa, mərdliyə səsləyir. “Kitabi-Dədə Qorqud”, “Koroğlu” kimi qəhrəmanlıq dastanlarında sərkərdə, xalq qəhrəmanı bu nəğmələr vasitəsilə öz silahdaşlarını tərifləyir, onları bahadırlığa, düşmənlə döyüşdə əzm, mətanət, igidlik nümayiş etdirməyə səsləyir: