Şairin gözəlliyi tərənnüm edən şeirlər yazmasına səbəb, sizcə, nədir? | Sualın qısa cavabı |
İzahına ehtiyac duyduğum misra və bəndlər | Onların izahı |
Tanış olmayan sözlər | Mənası | Öz sözümüzdür | Alınma sözdür |
Daha maraqlı hesab etdiyim məcazlar və onların növü | Onları maraqlı hesab etməyimin səbəbi |
Boyun sürahıdır, bədənin büllur, Gərdənin çəkilmiş minadan, Pəri! Sən ha bir sonasan, cüda düşübsən Bir bölük yaşılbaş sonadan, Pəri! İxtilatın şirin, sözün məzəli, Şəkər gülüşündən canlar təzəli, Ellər yaraşığı, ölkə gözəli, Nə gözəl doğubsan anadan, Pəri! Üz yanında tökülübdür tel nazik, Sinə meydan, zülf pərişan, bel nazik, |
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri! Ovçusu olmuşam səntək maralın, Çıxmaz xəyalımdan hərgiz xəyalın, Ənliyi, kirşanı neylər camalın, Sən elə gözəlsən binadan, Pəri! Günəş təki hər çıxanda səhərdən, Alırsan Vaqifin əqlini sərdən, Duaçınam, salma məni nəzərdən, Əskik olmayasan sənadan, Pəri! |