Mexanizmi atışın enerjisindən işləyən ilk pulemyot 1883-cü ildə amerikalı Hayram Maksim tərəfindən ixtira edilmiş və ilk dəfə kütləvi şəkildə ingilis-bur müstəmləkə müharibəsində (1899-1902) tətbiq edilmişdir. Rus-yapon, birinci, ikinci dünya, eləcə də XX əsrin lokal müharibələrində və bütün silahlı münaqişələrində geniş istifadə edilmişdir. Pulemyot köhnə olsa da, çox etibarlıdır. Günümüzdə də bütün qaynar nöqtələrdə rast gəlinir.
Silahlı Qüvvələrimizin arsenalında olan pulemyotların bəziləri ilə tanış olaq.