Silahın lüləsi nə qədər uzun olarsa (məlum hədlərə qədər), barıt qazları gülləyə bir o qədər çox təsir edər və onun başlanğıc sürəti də çox olar.
Barıt qazlarının təzyiqi lülə kanalında hər tərəfə eyni qüvvə ilə təsir göstərdiyi üçün o, atəş zamanı nəinki gülləni irəli aparır, həm də silahı geriyə itələyir. Atəş anında silahın geriyə hərəkəti təpmə adlanır. Silahın təpməsi çiyinə, ələ, yaxud torpağa təsiri təkan formasında hiss olunur. Silahın təpmə təsiri onun geriyə hərəkəti zamanı aldığı sürətin və enerjinin kəmiyyət göstəricisidir. Avtomatın təpmə enerjisi atıcı üçün ağrı effekti yaratmır.
Güllənin ağırlığı silahın ağırlığından neçə dəfə azdırsa, silahın təpmə sürəti də güllənin başlanğıc sürətindən bir o qədər az olur. Bunu aşağıdakı formulla ifadə etmək olar: