Barıt qazlarının enerjisi güllə 4-6 sm irəli hərəkət edən anda pik həddə (280 Pa) çatır. Bundan sonra güllənin sürətinin artması nəticəsində gülləarxası həcm artır, təzyiq isə azalmağa başlayır. Güllə lülə kanalını tərk etdiyi anda təzyiq 30-90 Pa olur. Bununla belə, lülə kanalında güllənin sürəti artmaqda davam edir, çünki qazlar fasiləsiz təsir göstərir və onu lülə kanalının oxu istiqamətində irəli sıxır.
Güllənin başlanğıc sürəti (Vo) onun lülə kanalını tərk etdiyi andakı sürətidir və o, silahın əsas döyüş xüsusiyyətinin göstəricilərindən biridir. Başlanğıc sürətinin artması güllənin uçuş məsafəsini, deşici və öldürücü təsirini artırır, kənar şəraitlərin (yağış, külək və s.) onun uçuşuna təsirini isə azaldır.
Güllənin başlanğıc sürəti lülənin uzunluğundan, güllənin kütləsindən, barıt atımının kütləsindən və digər amillərdən asılıdır.