Döyüş avtomatlarında sökülüb-yığılma qaydalarını öyrənməyə yalnız istisna olunan hallarda, hissə və mexanizmlərlə olduqca ehtiyatla davranma şərtilə icazə verilir.
Avtomatın sökülməsi və yığılması masa üzərində (səhra şəraitində təmiz örtük üzərində) həyata keçirilir.
Avtomatı yığma zamanı onun hissələrinin nömrələrini tutuşdurmaq lazımdır.