Sol əl ilə avtomatı qundağın ön tərəfindən tutmaq, sağ əlin
barmağı ilə yuvanın qapağını elə sıxmaq lazımdır ki, penal
yayın təsiri altında yuvadan çıxsın;
Penalın qapağını açıb içindəkiləri çıxarmaq lazımdır.
3. Lüləağzı əyləc-kompensatoru ayırmaq
Vintaçanla lüləağzı əyləc-kompensatorun rəzəsini batırmaq;
lüləağzı əyləc-kompensatoru saat əqrəbinin əks istiqamətində
fırladaraq açıb çıxarmaq lazımdır.
4. Sünbəni ayırmaq
Avtomatı qundağı ilə masaya dirəyib sol əl ilə lüləsindən
şaquli vəziyyətdə saxlamaq, sünbəni ucundan tutub yuxarı
çəkərək avtomatdan ayırmaq lazımdır.