qaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qatalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp “Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli” kimi ifadə etmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il 28 aprel tarixində sovet Rusiyası tərəfindən işğal edilməsi nəticəsində dövlət bayrağı ləğv edilsə də, Azərbaycan xalqının istiqlal mübarizəsində böyük rol oynadı. 1988-ci ildən başlayan azadlıq hərəkatının qaldırdığı üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olundu. 1991-ci il fevral ayının 5-də üçrəngli bayrağın Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verildi.
Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli şəkildə bərkidildikdə bayrağın yaşıl zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.