Çaxmaq çərçivəsi geri çəkilərkən gilizi çölə atır, yerinə qayıtdıqda isə növbəti mərmini maqazindən lülə kanalına ötürür. Atəşi dayandırmaq üçün tətiyi buraxmaq lazımdır.
Avtomatla düzgün davrandıqda və lazımi qaydada qulluq etdikdə onun hissələri ilə mexanizmləri uzun müddət etibarlı işləyir. Mexanizmlərin çirklənməsi, hissələrin yeyilməsi və avtomatla səliqəsiz davranma, həmçinin patronların nasazlığı müxtəlif növ ləngimələr yarada bilər.
Avtomatı yenidən doldurmaqla ləngiməni aradan qaldırmaq lazımdır. Bunun üçün çaxmaq çərçivəsini yenidən geriyə çəkib buraxmaq, sonra atışı davam etdirmək lazımdır. Ləngimənin bu üsulla aradan qaldırılması mümkün olmadıqda onun başvermə səbəbini aşkar edib aradan qaldırmaq lazımdır.