2. Zirehdələn gülləli patron zirehli gödəkçə geyinmiş və yüngül maneə arxasındakı düşməni məhv etmək üçün istifadə edilir.
3. İzburaxan gülləli patron atəşə düzəliş vermək və hədəfgöstərmə üçün istifadə olunur. Güllələrin uçuşu zamanı yanan izburaxan tərkibin qoyduğu qırmızı rəngli izi 800 m-ə qədər aydın görünür.
İzburaxan gülləli patronlarla atəş açarkən atıcının yeri ifşa olur. Təkmilləşdirilmiş güllələrin izi isə silahın ucundan 50 m məsafədən başlayaraq müşahidə edilir. Güllənin izi isə 850 m-ə qədər müşahidə olunur.
4. Sürəti azaldılmış gülləli patron susdurucu ilə təchiz edilmiş silahdan atəş açmaq üçün istifadə edilir.
Tətiyi çəkərkən vurucu iynə patronun kapsuluna zərbə endirir. Kapsul alışır və əmələ gələn alov şüası barıt atımını alışdırır. Atəş baş verir.
Güllə barıt qazlarının təsiri altında lülə kanalı ilə hərəkət edir. Barıt qazlarının bir hissəsi lülənin divarındakı dəlikdən qaz kamerasına dolaraq çaxmaq çərçivəsini qaz porşeni ilə birlikdə geriyə itələyir.