Avtomatik iş prinsipi
barıt qazının enerjisinin hesabına baş verir. Atıcı yalnız
silahı hədəfə tuşlayır və tətiyi çəkir. Tətik sıxılı vəziyyətdə
qalana və maqazində patronlar qurtarana qədər avtomatik atəş
davam edir.
Ümumi quruluşu
AK-74 tipli avtomatın əsas hissə və mexanizmləri və onların
ləvazimatları
1. lülə, nişangah tərtibatı, qundaq, tapança dəstəyi və
zərbə-tətik mexanizmi ilə lülə qutusu, 2. lüləağzı
əyləc-kompensator; 3. lülə qutusunun qapağı; 4. qaz porşenli
çaxmaq çərçivəsi; 5. çaxmaq; 6. qaytarıcı mexanizm; 7. lülə
örtüyü ilə qaz borusu; 8. əl qundağ; 9. maqazin; 10.
süngü-bıçaq; 11. sünbə; 12. penal.
Avtomatın hissə, mexanizm və
ləvazimatlarının təyinatı və quruluşu
Lülə güllənin uçuşunu istiqamətləndirmək, sabit uçuşu təmin etmək
məqsədilə gülləyə fırlanma hərəkəti vermək üçün nəzərdə
tutulmuşdur.
Lülə kanalının daxilində soldan yuxarı sağa burulan dörd ədəd yiv
açılmışdır. Gülləyə fırlanma hərəkəti bu yivlər vasitəsilə
verilir. Ylvlərarası məsafələr sahə adlanır. İki qarşılıqlı sahə
arasındakı məsafə lülə kanalının çapı adlanır.
Lülənin xəzinə hissəsində lülə kanalı hamardır və giliz
formasındadır. Kanalın patronu yerləşdirmək üçün nəzərdə tutulmuş
bu hissəsi patron yuvası adlanır.
Lüləağzı əyləc-kompensatoru atəş sıxlığını artırmaq və təpmə
enerjisini azaltmaq üçündür.