Düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulmuş Kalaşnikov avtomatı fərdi silahdır.
Avtomatın qısaldılmış adının sonunda işlənmiş “M” hərfi modernləşdirilmiş mənasını verir. AK-74M əvvəlki bir neçə modifikasiyalarının xüsusiyyətlərini - üzərinə müxtəlif növ nişangah qurulması, qundağının qatlanması və s. özündə birləşdirir.
Avtomatdan tək-tək və ya avtomatik atəş açmaq mümkündür. Avtomatik atəş əsas atış növü sayılır.