Daha sonra səngərlər və əlaqə xəndəkləri 110 sm-dək dərinləşdirilir, döyüş sursatları və ərzaq üçün taxçalar qurulur, arxa cəbhəyə və BMP və BTR-in səngərlərinədək əlaqə yolları qazılır, manqanın mövqelərinin maskalanması və təkmilləşdirilməsi həyata keçirilir.
Manqa mövqeyinin belə ardıcıllıqla qurulması birinci növbə tapşırıqlarına 6 saata kimi, ikinci növbə tapşırıqlarına 15 saatadək, sonrakı işlərə isə 12 saatadək vaxt tələb olunur. Ümumilikdə, manqa mövqeyinin qurulmasına 3 sutkayadək vaxt tələb olunur.
Səngər qazılarkən çıxarılan torpaqla cəbhə və cinahlardan atıcını düşmənin avtomat və pulemyot atəşindən, qəlpələrdən daha etibarlı qoruyacaq sipər yaradılır. 60°-dən çox olmayaraq atəş sektoru qurulur.
Şəxsi heyəti düşmənin yandırıcı və atəş vasitələrindən qorumaq məqsədilə səngərlərdə bir-iki nəfərlik sipəraltı oyuqlar qazılır.
Şəxsi heyətin və səngərlərdə olan silahların güllə və mərmilərin qəlpələrindən qorunması üçün səngərlərin sipərlərinə və örtülü qurğuların tavanlarına qalın torpaq tökülür.