Manqanın mövqeyi ərazidə elə yerləşdirilməlidir ki, onun elementləri - səngərin içi, əlaqə yolları və səngərlərin daxili düşmən tərəfindən müşahidə edilə bilməsin. Eyni zamanda, mövqenin cinahlarını, maneələrə yaxınlaşma yerlərini müşahidə etmək və onları atəşlə nəzarətdə saxlamaq mümkün olsun.
Birinci növbədə, düşmənlə bilavasitə təmas vəziyyətində manqanın mövqeyində avtomatçılar, pulemyotçular, qumbaraatanlar üçün tək (cüt) səngərlər, BMPlərin əsas atəş mövqeyində səngərləri qazılır, müşahidə və atəş zolaqlarının təmizlənməsi aparılır, kütləvi qırğın silahlarından qorunmaq üçün şəxsi heyətə tək və cüt səngərlərdə örtülü oyuqlar hazırlanır.
Tək səngərlər əsgərin uzanıqlı vəziyyətdə atış aparması üçün hazırlanmış səngərdən başlayır. Əsgər müdafiəyə əmr aldıqdan sonra atəş aparacağı sektoru dəqiqləşdirir və özü üçün uzanıqlı vəziyyətdə atış aparmaq üçün səngər qazmağa başlayır.