Düşmənin əlaqə yolları ilə yayılmasının qarşısını almaqdan ötrü əvvəlcədən hazırlanmış tank əleyhinə kirpi və başqa daşınan maneələr qurulur, yaxından atəşlə, süngü və ya qundaqla vurmaqla məhv edilir.
Əgər düşmən qonşu manqanın döyüş mövqeyinə hücum edirsə, manqa cinahdan atəş açmaqla ona kömək edir.
Azərbaycan əsgərləri Qarabağ döyüşləri zamanı əldə etdikləri təcrübələri bu gün də təkmilləşdirir, mühəndis hazırlığına dair biliklərini daim artırmağa davam edirlər. Ön cəbhədə yerləşən bölmələrimizin şəxsi heyəti bütün cəbhə boyu düşmənlə təmas xəttində müdafiə mövqelərini mükəmməl şəkildə mühəndis cəhətdən tam təchiz etməklə düşmən qarşısında keçilməz sədd yaratmışdır.
Müdafiə döyüşünün əsasını təşkil edən səngər və daldalanacaqlar döyüşçünün düşmən hücumunu inamlı şəkildə dəf etməsinə imkan yaradır. Bu baxımdan manqa mövqeyinin mühəndis təchizatı çox önəmli məsələlərdən biri olmaqla xüsusi əhəmiyyətə malikdir.