Müdafiə dayanıqlı və fəallığı ilə yanaşı, bütün növ silahların, üstün tank və piyada qruplaşmasının hücumunu dəfetmə imkanına malik olmalıdır. Bu tələblərin yerinə yetirilməsi üçün mühəndis işləri yüksək səviyyədə görülməlidir.
Düşmənin qəfil basqınını dəf etmək, onun kəşfiyyat aparan və ya bizim maneələrdə keçid açmaq istəyən kiçik qruplarının məhv edilməsi üçün növbətçi atəş vasitəsi təyin olunur. Onlar, bir qayda olaraq, ehtiyat və ya müvəqqəti atəş mövqeyində yerləşirlər. Qalan şəxsi heyət vəziyyətdən asılı olaraq mövqeyini mühəndis cəhətdən təkmilləşdirir, döyüş hazırlığı ilə məşğul olur və ya dincəlir.