edərək göstərilən həddi tutdu. O, sərrast atəşlə atəş qrupunun
mina sahəsini dəf etməsini himayə edirdi. Döyüş maşını mina
sahəsini motoatıcıların ardınca onların atəş himayəsi altında
keçirdi.
Səngərlərdə qalmış düşməni məhv etmək manevr qruplarına
tapşırılırdı. Onlar düşmənə qumbara atır, sürətlə səngərə atılır,
onun içi ilə hərəkət edir, sağ qalmış düşməni məhv edərək döngədən
döngəyə hərəkət edirdilər.
Atəş qrupları səngərin hər iki tərəfi ilə hərəkət edərək manevr
qrupunu atəşlə himayə edir, düşmənin atəş vasitələrini və səngəri
tərk etməyə cəhd edən qüvvələrini məhv edirdi. Blindajlarda və
digər müdafiə qurğularında qalan düşmənin canlı qüvvəsi və atəş
vasitələrinə qumbara atırdılar. Həmlə obyekti alındıqdan sonra
əsgərlərimiz ləngimədən hücumun sonrakı İstiqamətində hərəkət
edirdilər. Torpaqlarımızı Ermənistan silahlı qüvvələrinin
işğalından azad etmək arzusu ilə irəli şığıyan yaralı əsgərlərimiz
müalicə üçün təxliyə olunmaqdan qəti imtina edirdilər.
Kəşfiyyatçı-istehkamçı Pəncəli Nurməhəmməd oğlu Teymurov
2015-cl ildə Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı yüksək
bacarıq və peşəkarlıq, cəngavərlik nümunəsi göstərərək
düşmənin bir neçə hərbi texnikasını, ağır artilleriya
qurğularını, dörd zabitini və iyirmidən çox hərbçisini məhv
etmişdir. Pəncəli döyüşçülərimizin mina sahəsindən tez və
aşkar olunmadan keçməsini məharətlə təmin etmişdir. Düşmənə
verdiyi ağır tələfata görə onlar Pəncəlinin başına bir milyard
dram pul mükafatı təyin etmişlər. Lakin düşmənlər nə qədər
cəhd etsələr də, onu ələ keçirə bilmirlər.
Hətta bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya
salırlar. Lakin cəsurluğu sayəsində 21 gündən sonra pusqudan
çıxan Pəncəli növbəti dəfə düşməni şoka salmışdır.