Əsgər gecə hücumuna hazırlaşarkən:
•
gecə vaxtı istiqaməti bəlli edə biləcək yerli əşyaları yadında
saxlayır;
•
gecəgörmə cihazlarının saz vəziyyətdə olmasını yoxlayır;
•
güllələri maqazinlərə bir izburaxan, iki adi güllə olmaqla
doldurur.
“Manqa, həmləyə irəli!” komandası ilə əsgər:
•
digər əsgərlərlə birlikdə səngəri tərk edir, manqanın döyüş
düzülüşündə irəli atılır;
•
öz atəşi ilə düşmənin atəş vasitələrini (ilk növbədə, tank
əleyhinə silahlarını) məhv edir;
•
düşmənin ön xəttinə 25-40 m qalmış əl qumbarasını düşmənin
səngərinə atır;
•
düşmənin səngərinə soxulur;
•
sağ qalan düşməni məhv edərək göstərilən istiqamətdə irəli
şığayır.
Cəsur əsgərlərimiz hücum vaxtı düşməni bu fəndlərlə məhv
edirdilər.
• hərəkətdə;
• əl qumbarası il
• qısa müddət dayanaraq;
• süngü və qundaq vasitəsilə;
• yaxın atəşlə.
İstehkamçılarımız düşmənin müdafiə xəttinin qarşısındakı
maneələrdən keçidlər açırdılar. Əsgərlərimiz manevr və ya atəş
qrupunun tərkibində, bu keçidlərlə bir kolonda qaçaraq maneələri
dəf edirdilər. Mina sahəsinə yaxınlaşdıqda manqa komandirinin
“Manevr qrupu, keçidə, filan həddə qaçaraq marş!” komandası ilə
manevr qrupu atəş qrupunun və döyüş texnikasının atəş himayəsi
altında mina sahəsini dəf