ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyətsizliyi nəticəsində erməni silahlı qüvvələri torpaqlarımızı işğal altında saxlamış, dağıtmış və talan etmişdir. Ərazilərimizi geri qaytarmaq fikirləri olmadığı üçün onlar yeraltı və yerüstü istehkam qurğuları tikmiş, “Ohanyan xətti” çəkmişlər. Vətən müharibəsində Silahlı Qüvvələrimiz tərəfindən onların “keçilməz” sandıqları bütün istehkam qurğuları yerlə-yeksan edildi.
Manqa taqımın tərkibində hücuma keçir. Piyada düzülüşündə manqa 50 m-ə qədər cəbhədə hücuma keçir. Hücumda manqaya həmlə obyekti və hücumun sonrakı istiqaməti təyin olunur.