Manqa mövqeyi müdafiə edərkən tankla gücləndirilmiş taqımın həmləsini dəf edə bilər. Manqa müdafiədə düşmənin 2-3 tankını, 1-2 BTR-ni və 12-15 əsgərini məhv etmək imkanına malikdir.
Motoatıcı manqanın döyüş düzülüşü
Manevr qrupu baş atıcı və iki atıcıdan, atəş qrupu isə manqa komandiri, qumbaraatan, qumbaraatanın köməkçisi və pulemyotçudan İbarətdir.
Müasir silahlarla silahlanmış manqa düşmənin tankları və zirehli maşınları, alçaqdan uçan təyyarə və helikopterlə uğurlu mübarizə aparmağa, onun atəş vasitələrini və canlı qüvvəsini məhv etməyə qadirdir.
Manqa hücumda düşmənin 1-2 tankını, BTR-ni, bir qrup əsgərini məhv etmək imkanına malikdir.