Şəxsi heyətin qismən sanitar təmizlənməsi dərinin açıq
hissələrindən, fərdi qorunma vasitələrindən, ləvazimat və
ayaqqabıdan radioaktiv maddələrin təmizlənməsindən ibarətdir.
Taktiki maskalanma
Taktiki maskalanma bölmələrin tərkibi, yeri, vəziyyəti, təyinatı,
fəaliyyəti və gələcək fəaliyyəti haqqında düşməni aldatmaq
məqsədilə həyata keçirilir.
Taktiki maskalanmanın əsas tapşırığı qoşunların aldadıcı
fəaliyyətinin həqiqətə uyğunluğunu təmin etməkdir.
Taqımda taktiki maskalanma tapşırıqları gizlətmə, təqlidetmə və
nümayiş fəaliyyəti üsulları ilə yerinə yetirilir.
Gizlətmə bölmələrin,
silahların və döyüş texnikasının yerini, tərkibini, vəziyyətini
və fəaliyyətini aşkar etdirən əlamətlərin minimuma
endirilməsindən ibarətdir.
Təqlidetmə silah və döyüş
texnikasının fəaliyyətini aşkar etdirən əlamətlərin əks
etdirilməsi ilə onların təyin edilmiş rayonlarda yerinin,
tərkibinin dəyişməsini göstərməkdir. O, saxta mövqelərin,
hədlərin hazırlanması, maketlərdən istifadə edərək saxta silah
və döyüş texnikası obyektlərinin, qurğuların quraşdırılması ilə
həyata keçirilir.
Nümayiş fəaliyyət saxta
mövqelərdə xüsusi təyin edilmiş güc və vasitələrlə bölmələrin
fəaliyyətini, atəş vasitələrinin yerləşdirilməsini və s. düşmənə
göstərməkdən ibarətdir.