-tibbi avadanlığı bilmək, əlaltı vasitələrdən bacarıqla istifadə
etmək;
- döyüş meydanında yaralıları axtarıb tapmaq, toplamaq, qorumaq və
onlara ilk yardım göstərmək;
- hərəkət imkanı olan yaralılara tibb postunun yerini göstərmək;
Vətən Müharibəsi Qəhrəmanı kəşfiyyatçı-sanitar Elyar Arif oğlu
Vəliyev
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin
məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə
yetirərkən qəhrəmanlıq nümunələri göstərmiş, hərbi qulluq
vəzifəsini yerinə yetirən zamanı igidlik və mərdlik nümayiş
etdirmişdir. Hadrut qəsəbəsi istiqamətində düşmənin diversiya
qrupunun pusquya salınmasında müstəsna xidmətləri olmuş,
Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən
döyüşlərdə fəal iştirak etmiş, ilk tibbi yardım göstərməklə
xeyli yaralının həyatını xilas etmişdir. O, oktyabrın 19-da
Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.