Kəşfiyyatçı-pulemyotçu Xəyal Xaliq oğlu Məmmədov
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş
tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas
qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş
qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş, şəxsi
igidlik və şücaət nümayiş etdirmişdir. Xəyal Məmmədov
oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olmuşdur.
Kəşfiyyatçı-snayper Cavid Hümbət oğlu Hüseynov
2019-cu ildə Belarusda 21 ölkənin XTQ-nin snayper yarışında
1-ci yeri tutmuş Cavid Hüseynov Vətən müharibəsində qarşıya
qoyulmuş döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu
şərəflə yerinə yetirmiş, şəxsi igidlik və şücaət nümayiş
etdirmişdir.
Laçın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə
snayperçi kimi iştirak etmiş, oktyabrın 27-də Qubadlı uğrunda
gedən döyüşlərdə şəhid olmuşdur.