- manqanın və döyüş maşınının silahlarından sərrast atəş açmağı
bacarmaq;
- döyüş maşınını və manqanın silahlarını saz vəziyyətdə
saxlamaq;
- taqım komandiri və onun müavininin vəzifələrini bilmək.
Kəşfiyyatçı-qumbaraatan
Güləddin Zəfər oğlu Şahbabayev
Vətən müharibəsi zamanı qarşıya qoyulmuş tapşırıqların icrası
zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş, düşmənin əsas
qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş
qabiliyyətinin qorunub saxlanılmasında xüsusilə fərqlənmişdir.
Güləddin Şahbabayev oktyabrın 17-də Füzuli döyüşləri zamanı
şəhid olmuşdur.
- döyüş maşınının silahlarından, müşahidə, nişanalma cihazlarından
bacarıqla istifadə etmək və onları saz vəziyyətdə saxlamaq;
- aşkar edilmiş hədəfləri məhv etmək;
- döyüş maşını silahlarının atəşi ilə manqanı dəstəkləmək;
- atəş mövqeyi seçərkən ərazidən yararlanmaq;
- silahlara və nişangah qurğularına texniki qulluq göstərmək;
- sursatları döyüşə hazır vəziyyətə gətirməyi və yerləşdirməyi
bacarmaq;
- rabitə vasitələri ilə işləməyi bacarmaq;
- manqa komandirinin vəzifələrini bilmək, ehtiyac olduqda onu əvəz
etmək.