Ümumqoşun bölmələrinin müharibələrdə tətbiqi onlann taktiki fəaliyyətlərdə iştirakı ilə həyata keçirilir.
Taktiki fəaliyyətin əsas növləri yerdəyişmə, ərazidə yerləşmə və döyüşdür.
Döyüş taktiki fəaliyyətin əsas formasıdır və qələbəyə nail olmağın yeganə vasitəsidir. Bunu müzəffər ordumuz 44 günlük Vətən müharibəsində sübut etdi.
Döyüş fəaliyyətinin əsas növləri hücum və müdafiədir.
Düşmənin darmadağın edilməsi və döyüşdə qələbə bütün silah növlərinin güclü zərbələri, onların nəticələrindən vaxtında istifadə, bölmələrin fəal və qətiyyətli hərəkətləri ilə qazanılır.
Taktiki hazırlığın məqsədi şəxsi heyəti döyüşə hazırlamaq və döyüşün aparılmasının üsul və qaydasını öyrətməkdir. O, hissə və bölmələrin çöl vərdişlərinin əsasını təşkil edir.
Ümumqoşun döyüşü Quru qoşunlarının taktiki fəaliyyətinin əsas formasıdır.