Saatdarlar obyektlərin mühafizəsini onun ətrafındakı hasarlar
arasında hərəkət etməklə, həmçinin müşahidə qülləsindən müşahidə
etməklə həyata keçirirlər.
Onlar hərəkət marşrutları üzrə obyektlərin etibarlı mühafizəsini
təmin edən sürətlə hərəkət edirlər.
Saatdar ərazini və hasarları gözdən keçirmək, xidmət çəkməsi
barədə qarovul rəisinə rabitə vasitələri ilə məlumat vermək üçün
qısa müddətə dayanır.
Saatdarın avtomatının ayaq üstə atılması üçün hazır vəziyyəti
Müşahidə qülləsindən müşahidə etməklə obyektin mühafizəsi
Hüququ və şəxsi ləyaqəti qanunla xüsusi qorunur.
Ancaq müəyyən şəxslərə: qarovul rəisinə, qarovul rəisinin
köməkçisinə və öz dəyişdiricisinə tabe olur.
Vəzifəsi ilə müəyyən edilmiş tələblər bütün şəxslər tərəfindən
sözsüz yerinə yetirilir.
Bu Nizamnamədə göstərilən hallarda və qaydada ona silah işlətmək
hüququ verilir.