Məsələn: “Yoldaş kapitan, icazə verin, leytenant Əliyevə müraciət edim”.
Rəisin sualına təsdiq cavabı verdikdə “bəli”, inkar cavabı verdikdə isə “xeyr” deyilməlidir.
Hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməli, özlərini ləyaqətlə aparmalıdırlar.
Hərbi qulluqçular ictimai yerlərdə, həmçinin avtobusda, metroda, şəhərətrafı qatarlarda içəri daxil olan rəisə əsgəri salam verməli; əgər boş yer yoxdursa, ona öz yerini təklif etməlidirlər.
Üz-üzə gəldikdə əgər rəislə sərbəst şəkildə bir-birinin yanından keçib getmək mümkün deyildirsə, onda tabe olan qarşıdan gələn rəisə əsgəri salam verməklə ona yol verməlidir. Əgər rəisi ötüb keçmək lazımdırsa, hərbi qulluqçu rəisdən icazə almalıdır.
Hərbi qulluqçu dəmir yolu, su yolu və hava nəqliyyatında gedərkən vaqondan, kayutdan, təyyarədən çıxan zaman hərbi forma üzrə geyinməlidir.
Hərbi qulluqçular mülki əhaliyə qarşı nəzakətli olmalı, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına, ictimai qayda-qanunun saxlanmasına yardım etməli, bədbəxt hadisə, yanğın və təbii fəlakət zamanı əhaliyə kömək göstərməlidirlər.
Hərbi qulluqçulara əllərini cibində saxlamaq, həmçinin rəisin icazəsi olmadan onların yanında oturmaq və ya papiros çəkmək qadağandır.
Hərbi qulluqçular küçədə və ya icazə verilməyən yerlərdə siqaret çəkməməlidirlər.
Zabitlərə, gizirlərə və müddətdən artıq xidmət çavuşlarına hərbi hissədən kənarda, ancaq işdə olmadığı vaxt mülki paltar geyinməyə icazə verilir.
Ehtiyatda və istefada olan gizirlər və zabitlər hərbi nəzakət, davranış və hərbi salamlaşma qaydalarına ciddi riayət etməlidirlər. Onlar geyindikləri hərbi formanın səliqəsinə ciddi fikir verməlidirlər.