Əsgər öz vəzifələrinin və verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə, ona təhkim olunmuş silah və texnikanın vəziyyətinə cavabdehdir. O, manqa komandirinə tabedir.
Əsgərin vəzifəsidir:
Hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər.
Rəislər tabeliklərində olanlara xidmət üzrə müraciət etdikdə onların hərbi rütbəsi, soyadı və ya ancaq hərbi rütbəsi deyilməlidir.
Məsələn: “Əsgər Həsənov”, “Yoldaş əsgər”, “Çavuş Babayev”, “Yoldaş çavuş” və s.
Tabelikdə olanlar öz rəislərinə müraciət etdikdə onların hərbi rütbəsini deməli və hərbi rütbənin qabağına "Yoldaş” sözü əlavə etməlidir.
Məsələn: “Yoldaş çavuş”, “Yoldaş leytenant”və s.
Hərbi qulluqçular sırada olmayanda bir-birinə müraciət etdikdə, həmçinin əmr alanda və əmr verəndə “farağat” vəziyyətində olmalı, sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırmalı, sonra aşağı salmalıdırlar.
Hərbi qulluqçu komandirin yanında başqa hərbi qulluqçuya müraciət etmək üçün komandirdən icazə almalıdır.