Addımla hərəkətdə dönmələr “Sağa - Dön!”, “Yarımsağa - Dön!”, “Sola - Dön!”, “Yarımsola - Dön!”, “Geriyə - Marş!” komandaları ilə yerinə yetirilir.
Sağa və yarımsağa dönmək üçün icra komandası sağ ayağın yerə basılması ilə eyni vaxtda verilir. Bu komanda ilə sol ayaqla bir addım ataraq sol ayağın pəncəsi üstündə dönməklə eyni vaxtda sağ ayağı irəli ataraq yeni istiqamətdə hərəkət etmək lazımdır.
Sola və yarımsola dönmək üçün icra komandası sol ayağın yerə basılması ilə eyni vaxtda verilir. Bu komanda ilə sağ ayaqla bir addım atılır, sağ ayağın pəncəsi üstündə dönməklə eyni vaxtda sol ayaq irəli atılır və yeni istiqamətdə hərəkət edilir.
Geriyə dönmək üçün icra komandası sağ ayağın yerə basılması ilə eyni vaxtda verilir. Bu komanda ilə sol ayaqla bir addım da atılır, sağ ayağı yarım addım irəli və bir qədər sola qoyulur. Hər iki pəncə üstündə qolları ayaqların yanına sıxaraq sol çiyin üstündə cəld dönülür, sol ayaqla hərəkət yeni istiqamətdə davam etdirilir.