Sıra addımı ilə hərəkət “Sıra addımı ilə - Marş!”, səfər addımı ilə hərəkət isə “Addımla - Marş!” komandası ilə başlanır.
Xəbərdarlıq komandası ilə bədən bir qədər irəli verilməli, onun sabitliyi saxlanılaraq ağırlığın çoxu sağ ayağın üzərinə keçirilməli, icra komandasında sol ayaqla tam addımla hərəkətə başlanılmalıdır.
Sıra addımı ilə hərəkət edərkən pəncə yerə paralel olmalı, ayaqqabının burnu dartılmış vəziyyətə gətirilməli, ayaq yerdən 15-20 sm qaldırılaraq yerə pəncədaban üstündə möhkəm basılmalıdır.
Barmaqlar yarı bükülmüş vəziyyətdə, ovucun içi yerə baxaraq, qollar ilkin vəziyyətdən dirsəklər bükülmədən irəli çiyin səviyyəsinə və geriyə tam arxaya qədər açılır.
Səfər addımları ilə hərəkət edərkən ayaqqabının burnunu dartmadan ayağı sərbəst qabağa çıxarmalı və yerə adi hərəkətdə olduğu kimi basılmalıdır. Qolları irəlidə kəmər səviyyəsinə qədər qaldırmaqla sərbəst hərəkət etdirmək lazımdır.
Səfər addımları ilə hərəkət edərkən “Farağat!” komandası ilə sıra addımlarına keçilir. Sıra addımları ilə hərəkət edərkən “Azad!” komandası ilə səfər addımlarına keçilir.
Yerində addımlamaq üçü
Qaçaraq hərəkət “Qaçaraq - Marş!” komandası ilə başlanır. Xəbərdarlıq komandasında bədəni bir az irəli verməli, qollar yarımbükülü olmalı, dirsəkləri bir az arxaya aparmalı; icra komandasında hərəkəti sol ayaqla başlamalı, qollar irəliyə və geriyə sərbəst hərəkət etməlidir. Qaçaraq hərəkətin normal sürəti dəqiqədə 165-180 addım, addımın ölçüsü 85-90 sm olmalıdır.
Geyim formasını - Düzəlt!” komandası ilə hərbi qulluqçu öz yerini tərk etmədən silah, geyim və ləvazimatı qaydaya salır. Yalnız böyük komandirin icazəsi ilə sıradan çıxmaq və danışmaq olar.