Yerində dönmələr “Sağa - Dönl”, “Yarımsağa - Dön!”, “Sola - Dön!”, “Yarımsola - Dön!”, “Geriyə - Dön!” komandaları ilə yerinə yetirilir.
Geriyə, sola, yarımsola dönmə sol qola tərəf sol daban və sağ pəncə üstündə; sağa, yarımsağa, sağ qola tərəf sağ daban və sol pəncə üstündə yerinə yetirilir.
Dönmələr iki sayda yerinə yetirilir. Birinci sayda sıra duruşunu saxlayaraq ayaqları dizdən bükmədən dönmək, bədənin ağırlığını qabaqdakı ayağın üstünə keçirmək, ikinci sayda o biri ayağı qısa yolla qabaqdakı ayağın yanına qoymaq lazımdır.
Hərəkətlər addımla və ya qaçaraq yerinə yetirilir. Addımla hərəkətin normal sürəti dəqiqədə 110-120 addım, addımın ölçüsü 70-80 sm olmalıdır.
Addımlar iki cür olur: sıra və səfər addımları.