“Farağat!” komandası
verildikdə hərbi qulluqçu dərhal sıra duruşuna keçməli və
tərpənməməlidir.
"Farağat" sözünün dilimizin lüğət tərkibində hansı mənanı
ifadə etdiyini bilirsinizmi?
Əmr verildikdə və alındıqda, raport verildikdə, hərbi
qulluqçular bir-birinə müraciət etdikdə, əsgəri salam
verildikdə, Azərbaycan Respublikasının Dövlət Himni ifa
edildikdə “Farağat” vəziyyəti komandasız alınır.
Azad vəziyyəti “Azad!” komandası ilə
alınır. Bu komanda ilə sol ayaq çiyin bərabərində aralı qoyulur,
qollar arxaya gətirilir. Əllər bel kəmərinin səviyyəsində, sağ
əlin bilək hissəsi sol əlin ovcunun içinə qoyulur və sol əlin
barmaqları ilə yüngülcə sıxılır. Sağ əlin barmaqları
yarıbükülmüş, bədən düz vəziyyətdə sərbəst saxlanılır. Növbəti
komandaya qədər sıra “Azad” vəziyyətində durmağa davam edir.
“Geyim formasını - Düzəlt!”
Bu komanda ilə hərbi qulluqçu sırada, öz yerini tərk etmədən
silah, geyim və ləvazimatı qaydaya salır, yalnız komandirin
icazəsi ilə sıradan çıxa və danışa bilər.
“Geyim formasını - Düzəlt!”
komandasından əvvəl
“Azad!” komandası verilir.
Baş geyimini çıxartmaq və geyinmək
Baş geyimlərini çıxartmaq üçün “Baş geyimini - Çıxart!”, baş
geyimlərini geyinmək üçün “Baş geyimini - Geyin!” komandası
verilir.
Baş geyimi sağ əl ilə çıxarılaraq sol ələ ötürülür. Sol əl
azad buraxılmaqla, baş geyiminin içəri tərəfi sol ayağa
yapışdırılır və baş geyiminin kokardası qabağa baxaraq
saxlanılır.